BMT baş katibi Təhlükəsizlik Şurasının Ukrayna ilə bağlı bəyanatını alqışlayıb
BMT-nin baş katibi Antoniu Quttereş bildirib ki, o, Təhlükəsizlik Şurasının Ukrayna ilə bağlı bəyanatını alqışlayıb.
“Report” bu barədə xarici mətbuata istinadən xəbər verir.
“BMT Təhlükəsizlik Şurası sədrinin Ukrayna ilə bağlı bəyanatını qəbul etməsi baş katib Antoniu Quterreşin problemin sülh yolu ilə nizamlanmaya nail olmaq səylərinə bütün şuranın dəstəyinin ifadəsi idi”, - Norveçin BMT Təhlükəsizlik Şurasındakı daimi nümayəndəsi Mona Yuul bildirib.
“BMT baş katibinin Ukraynadakı müharibənin sülh yolu ilə həllinə nail olmaq səylərində Təhlükəsizlik Şurasının tam dəstəyinə malik olması vacibdir”, - o deyib.
Quterreş ötən həftə Moskva və Kiyevə səfər edib. Əvvəllər o, münaqişənin həlli üçün vasitəçilik xidmətlərini irəli sürüb. Norveç Meksika ilə birgə bəyanata vasitəçilik edib.
Qeyd olunur ki, Ukraynada sülhün bərqərar olması üçün səyləri davam etdirəcək.
BMT Təhlükəsizlik Şurası müharibə başlayandan ilk dəfə olaraq Ukrayna ilə bağlı bəyanat qəbul edib.
Şura sədrinin bəyanatı bu gün keçirilən iclasda təsdiqlənib. “Təhlükəsizlik Şurası Ukraynada sülhün və təhlükəsizliyin qorunması ilə bağlı dərin narahatlığını ifadə edir”, - sənəddə deyilir.
May ayında BMT Təhlükəsizlik Şurasına ABŞ sədrlik edir.