BMT Təhlükəsizlik Şurası Ukrayna ilə bağlı iclas keçirəcək
Aprelin 5-də BMT Təhlükəsizlik Şurası Ukraynadakı vəziyyətlə bağlı iclas keçirəcək. Xəbərə görə, bu barədə dünya təşkilatı məlumat yayıb.![]()
Məsləhətləşmələrin yerli vaxtla səhər saatlarında baş tutacağı gözlənilir. Görüşün konkret mövzusu müəyyən edilməyib.
Qeyd edək ki, aprel ayında BMT Təhlükəsizlik Şurasına Böyük Britaniya sədrlik edəcək.