Rusiya bu ölkənin hava məkanını pozdu - Səfir XİN-ə çağırıldı
Danimarka hava məkanının pozulmasına görə Rusiya səfirini Xarici İşlər Nazirliyinə çağırıb.
Ukrayna mətbuatına istinadən xəbər verilir ki, bunu Danimarkanın xarici işlər naziri Jeppe Kofoda bildirib.
"Rusiya səfiri sabah Xarici İşlər Nazirliyinə çağırılır. Rusiya tərəfindən Danimarka hava məkanının növbəti dəfə pozulması tamamilə qəbuledilməzdir və indiki vəziyyətdə xüsusi narahatlığa səbəb olur", - XİN rəhbəri qeyd edib.
Xatırladaq ki, aprelin 30-da Rusiyanın "An-30" müşahidə və aerofotoqrafik təyyarəsi Danimarkanın Baltikyanı adalarından olan Bornholmdan şərqdə hava məkanını pozub.