Azərbaycan Ukraynaya növbəti yardımı göndərdi
Azərbaycandan Ukraynaya növbəti dəfə humanitar yardım göndərilib. Humanitar yardım qida məhsulları, tibbi ləvazimatlar və dərmanlardan ibarətdir.
380 ton olan yardım Ukraynanın paytaxtı Kiyevə “Silkway”in yük təyyarəsi ilə çatdırılacaq. Ukraynanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vladislav Kanevski humanitar yardıma görə prezident İlham Əliyevə və Azərbaycan xalqına təşəkkür edib.