Rusiyanın müharibə zamanı çatdığı hədəflərinin sayı 6-ya çatdı
Rusiya Ukraynada apardığı müharibə nəticəsində çox ciddi istəklərindən birinə nail oldu. Bununla da Rusiyanın müharibə zamanı çatdığı hədəflərinin sayı 6-ya çatdı. Bunların hər biri haqqında ayrıca və qısa məlumat verəcəm.
1) Dünənə qədər Rusiyanın neft və qaz satışı oliqarxların əli ilə həyata keçirilirdi. Bundan sonra isə neft-qaz satışı tamamilə Rusiya dövlətinin nəzarəti altında, bir əldə cəmləşəcək. Qərb bu oliqarxları sanksiyalarla "vurdu". Onların Qərb tərəfindən "vurulması" Rusiyanın mənafeyinə xidmət edəcək. Putin bu sahədə milyardlıq yeyintiləri də aradan qaldıracaq və "vurulan" rus oliqarxların vasitəsilə Qərbin Rusiyaya iqtsiadi-siyasi təsir imkanları da sıfıra enmış olur. Qərb rus oliqarxların əlindəki bütün imkanları alıb Kremlə təhvil verdi. Putin Qazaxıstanda oliqarxiyanı məhv etmişdi. Bu dəfə Qərbin əli ilə rus oliqarxları da zərərsizləşdirdi.
Samir Feyruzov, politoloq