Ərdoğandan Abramoviçin danışıqlarda iştirak etməsinə MÜNASİBƏT
"Roman Abramoviç Ukrayna ilə danışıqlara Rusiya nümayəndə heyətinin bir üzvü olaraq qatılıb”.![]()
Sfera.az "CNN Türk”ə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
"Əgər Rusiya və cənab Putin öz heyətinin tərkibinə Abramoviçi də daxil edibsə, bu o deməkdir ki, ona inanır, güvənir. O görüşdə hər kəslə olduğu kimi onunla da salamlaşdıq. Danışıqlara qatılan nümayəndə heyətlərinin bütün üzvlərinə uğurlar diləyirəm. Ümid edirəm ki, bu səyin nəticəsini ən qısa zamanda görəcəyik”, - deyə Ərdoğan söyləyib.
Xatırladaq ki, martın 29-u Türkiyənin İstanbul şəhərində Rusiya və Ukrayna nümayəndə heyətləri arasında danışıqların növbəti raundu keçirilib. Müzakirələrdə rusiyalı biznesmen Roman Abromoviçin də iştirak etdiyi məlum olub.