azia.az
azia.az

Zelenski-Putin görüşünə hazırlıq gedir

31-03-2022, 08:41


Ukrayna və Rusiya nümayəndə heyəti arasında onlayn danışıqlar cümə günü, aprelin 1-də bərpa olunacaq.
Zelenski-Putin görüşünə hazırlıq gedir


Bu barədə Ukrayna nümayəndə heyətinin rəhbəri David Araxamiya “Telegram”da bidlirib.



Araxamiya, ümid etdiyini bildirib ki, Prezident Vladimir Zelenski ilə Rusiya Prezidenti Vladimir Putin arasında bu həftə görüş olacaq. O, bunun üçün hazırlıqların getdiyini deyib.



“Türkiyədə keçirilən danışıqlarda biz də bildirdik ki, indi iki dövlətin liderlərinin görüşünə ehtiyac var. Rusiya nümayəndə heyəti bildirdi ki, razılaşdırılmış müqavilə layihəsi olmalıdır. Bir həftə ərzində biz danışıqlar prosesinin iştirakçılarından asılı olanı hazırlayacağıq. Ümid edək ki, ölkə prezidentləri görüşləri davam etdirəcəklər”.



Araxamiyanın sözlərinə görə, Ukrayna tərəfi prezidentlərin görüşünün Rusiya və ya Belarus ərazisində keçirilməsini istəmir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi