Bu 4 halda NÜVƏ ZƏRBƏSİ endirəcəyik - RUSİYA AÇIQLADI
Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedyev ölkəsinin yalnız 4 halda nüvə silahı tətbiq edə biləcəyini deyib.
Xəbər verilir ki, bu barədə D.Medvedyev RİA və RT-yə geniş müsahibəsində bildirib.
Onun sözlərinə görə, bu 4 hadisə aşağıdakılardır:
- Onun ərazisinə nüvə silahından istifadə edilərək zərbə endirilərsə;
- Rusiyaya və onun müttəfiqinə qarşı istənilən nüvə silahı tətbiqi baş verərsə;
- Rusiyanın nüvə qüvvələrini iflic vəziyyətinə salacaq kritik infrastrukturlara müdaxilə olarsa;
- Rusiyaya və ya onun müttəfiqlərinə qarşı təcavüz aktı baş verərsə və bunun nəticəsində ölkənin mövcudluğu təhlükə altına düşərsə.
Mənbə: axar.az