ABŞ-dan Putinin nüvə silahı ilə bağlı hədələrinə SƏRT CAVAB: "Əgər bunu etsə..."
Pentaqon Rusiya prezidenti Vladimir Putinin nüvə silahı ilə bağlı hədələrinə reaksiya verib. Xəbər verildiyi kimi, Rusiya lideri Rusiyanın nüvə silahlarını yüksək hazırlıq vəziyyətinə gətirib.
Pentaqon rəsmisinin sözlərinə görə, ABŞ rəsmiləri Putinin belə qərarlar verəcəyinə şübhə etmirlər.
Bu barədə ABŞ Müdafiə Nazirliyinin saytında bildirilib.
"Bu xəbərlərin doğruluğuna şübhə etmək üçün heç bir əsasımız yoxdur”, - deyə o söyləyib.
Bundan əlavə, o qeyd edib ki, bu, Putin tərəfindən lüzumsuz addım oldu. Çünki Rusiya heç vaxt NATO tərəfindən təhdid edilməyib və əlbəttə ki, Ukrayna tərəfindən də."
"NATO-da da qeyd edilib ki, onlar özlərini və müttəfiqlərini qorumağa hazırdırlar. Biz özümüzü, müttəfiqlərimizi və tərəfdaşlarımızı, o cümlədən strateji çəkindirmə sahəsində qorumaq qabiliyyətimizə əminik" -deyə ABŞ Müdafiə Nazirliyinin rəsmisi vurğulayıb.