Rusiyaya BÖYÜK ŞOK - Yüzlərlə hərbçi döyüşdən İMTİNA ETDİ
Rusiyalı hərbçilər komandanlığın cinayətkar əmrlərini yerinə yetirməkdən imtina etməkdə davam edirlər.
Bu haqda Ukrayna mediası xəbər yayıb.
Bildirilir ki, Sumı vilayətinin Axtırka rayonu yaxınlığında 300-ə yaxın işğalçı döyüşməkdən imtina edərək texnikası ilə birlikdə ərazini tərk edib.
Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
"Sumı vilayətinin Axtırski rayonunda Rusiya hərbçilərinin itaətsizlik faktları qeydə alınıb. 300-ə yaxın işğalçı döyüş əməliyyatlarının aparılması əmrinə tabe olmaqdan imtina edib və 70 texnika ilə əməliyyat zonasını tərk edib”, - hesabatda deyilir.
Kəşfiyyat məlumatına görə, Ukrayna ilə döyüşdən imtina edən rus hərbçilərin sayı artır.