Tokayev Rusiyaya kömək etməkdən İMTİNA ETDİ - ÖZƏL
Qazaxıstan prezidenti Kasım Jomart Tokayev Ukraynadakı vəziyyətdə Rusiyaya kömək etməkdən imtina edib.![]()
Xəbər verilir ki, bu barədə NBC News məlumat yayıb.
Bundan başqa, Qazaxıstan hakimiyyəti Rusiyanın tanıdığı “LDNR”i tanımaqdan imtina edib.
ABŞ Milli Təhlükəsizlik Şurasının bəyanatında deyilir:
“Biz Qazaxıstanın LDNR-ni tanımaması ilə bağlı açıqlamasını alqışlayırıq”.
“Biz Qazaxıstanın öz qüvvələrini Putinin Ukraynadakı müharibəsində iştirak etməkdən imtina etməsini də alqışlayırıq”.
Xuraman Etibarlı,