azia.az
azia.az

Ukraynanın bu şəhərləri yer üzündən silindi

22-03-2022, 17:03


Ukraynanın müdafiə naziri Aleksiy Reznikov xalqa müraciət edib.
 Ukraynanın bu şəhərləri yer üzündən silindi
Xəbərə görə, feysbuk vasitəsilə xalqa səslənən nazir deyib ki, Rusiya Ukraynaya qarşı genişmiqyaslı müharibə aparır.

“Rusiya bu müharibəyə guya Ukrayna xalqını müdafiə etmək donu geyindirməyə çalışır. Bu “müdafiə”nin əslində nə olduğunu məndən yaxşı bilirsiniz. Siz məndən yaxşı bilirsiniz ki, üç həftəlik eskalasiyada yüzlərlə insan həlak olub. Ruslar indi Mariopolu darmadağın edirlər. Volnovoxa və bəzi başqa şəhərlər artıq yer üzündən silinib. Yəqin ki, rusların planlarının puç olduğunu görürsünüz. Ukrayna hərbçiləri artıq 15 mindən çox rus əsgərini öldürüb. Rusiya bu müharibədə məğlub olacaq və ölkədə xaos yaranacaq”, – o bildirib.

A.Reznikov, həmçinin Rusiya əsgərlərinə müraciət edərək onları təslim olmağa, mübarizəni dayandırmağa çağırıb. O, vurğulayıb ki, təslim olan rus hərbçilərinin təhlükəsizliyinə təminat verilir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi