azia.az
azia.az

Rusiya bu tarixdə irimiqyaslı hücuma keçəcək - Kiev rəsmisindən açıqlama

4-12-2021, 14:56

 Rusiya bu tarixdə irimiqyaslı hücuma keçəcək - Kiev rəsmisindən açıqlama
Ukraynada HƏYƏCAN TƏBİLİ: Rusiya bu tarixdə irimiqyaslı hücuma keçəcək - Kiev rəsmisindən açıqlama
Ukrayna və Rusiya arasında gərginlik artdığı vaxt rəsmi Kiyevdən diqqətçəkən açıqlama verilib.

Azia.az xəbər verir ki, Ukrayna müdafiə naziri Aleksey Reznikov Rusiyanın yanvar ayında ölkəsinə qarşı hücuma keçəcəyi iddiasını təkrarlayıb.

Onun sözlərinə görə, Rusiya Ukrayna sərhədləri yaxınlığında 94 mindən çox hərbçi yerləşdirib və kəşfiyyat məlumatlarına əsasən, yanvarın sonuna kimi irimiqyaslı hücuma keçəcək.

Reznikov Ukraynanın təhrikedici addımlar atmayacağını, amma Rusiyanın hücuma keçəcəyi təqdirdə cavab verməyə hazır olduğunu bildirib.

“Kəşfiyyatımız bütün ssenariləri, o cümlədən ən pisini təhlil edir”, - nazir Rusiyada “qış hazırlığı dövrü”nün başladığını, Ukrayna ərazisi yaxınlığında keçirilən hərbi təlimlərin artdığını deyib.

Rusiyanın “ilhaq” etdiyi Krımda və Ukraynanın şərqindəki separatçıların nəzarətində olan ərazilərdə təxminən 100 min hərbçisinin olduğu təxmin edilir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi