O, Rusiyanın yeni prezidenti olacaq, Putin isə aradan götürüləcək – FSB nəyə hazırlaşır?
Ukrayna kəşfiyyatı Rusiya oliqarxlarının prezident Vladimir Putini zəhərləməyi planlaşdırdığını iddia edib.
Ukrayna kəşfiyyatının əldə etdiyi məlumata görə, Rusiya elitası Vladimir Putini “zəhərləmək” və Qərblə ticarət əlaqələrini bərpa edəcək yeni lider prezident etmək üçün hərəkətə keçib.
Qəzetdə yer alan xəbərə görə, Kiyev Putinin yerinə seçilən şəxsin Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) direktoru Oleksandr Bortnikov olduğunu bildirib.
Britaniya mətbuatının yazdığına görə, şərait Putini istefaya məcbur edərsə və ya zəhərləndiyi iddia edilirsə, onun yerinə ən güclü namizəd Mixail Mişustindir. Rusiyanın baş naziri vəzifəsini icra edən Mişustin siyasi iyerarxiyada Putindən sonra ikinci yerdədir.
Namizədlər arasında ölkənin paytaxtı Moskvanın hazırkı meri Sergey Sobyaninin də adı var. Rusiya dövlətinin digər mühüm qolu olan Federal Təhlükəsizlik Xidmətinə (FSB) rəhbərlik edən Patruşev bürokratiyada çox güclü bir fiqur kimi seçilir. Son namizəd isə müdafiə naziri Sergey Şoyqudur. Qeyd edək ki, Şoyqu hazırda Ukraynaya müdaxiləni koordinasiya edir.