azia.az
azia.az

Ukrayna Rusiyanın son sutkadakı itkilərini AÇIQLADI

21-03-2022, 11:37


Ukrayna Rusiyanın son sutkadakı itkilərini AÇIQLADI
"Ukrayna ordusunun Hava Hücumundan Müdafiə Qüvvələri son sutkada Rusiyanın 7 hava hədəfini - 1 qırıcısını, 4 PUA-sını və 2 qanadlı raketini məhv edib”.
Xəbər verilir ki, məlumatı Ukrayna Müdafiə Nazirliyi feysbuk səhifəsində yayıb.
"Ukrayna ordusunun bombardmançı və hücum aviasiyası düşmənin texnikası və canlı qüvvələrinə dağıdıcı zərbə endirib. Təcavüzkar müvəqqəti işğal altında olan ərazilərdə yerli əhaliyə qarşı terror və talanları davam etdirir. Onlar məişət və avtomobil texnikalarını, ərzaq və başqa malları Rusiyaya daşıyırlar. Təcavüzkar müvəqqəti işğal olunmuş Donetsk və Luqansk vilayətlərində məcburi səfərbərlik tədbirlərini həyata keçirməkdə davam edir. Ukrayna Silahlı Qüvvələri müdafiə qüvvələrinin digər komponentləri ilə əməkdaşlıq edərək bütün istiqamətlərdə işğalçıya layiqli cavab verir. Düşmənin təchizat karvanlarının dağıdılması da davam edir”, - nazirlikdən vurğulanıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi