azia.az
azia.az

Ukraynanın bu bölgələrində döyüşlər başa çatdı - RƏSMİ AÇIQLAMA

18-03-2022, 21:08

Ukraynanın bu bölgələrində döyüşlər başa çatdı - RƏSMİ AÇIQLAMA
Ukraynada müharibənin qızğın mərhələsinin başa çatacağı vaxt açıqlanıb.

UNİAN-a istinadla xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Ofisinin rəhbərinin müşaviri Aleksey Arestoviç teleqram kanalında bildirib.

Onun sözlərinə görə, müharibənin qızğın mərhələsi 2-3 həftəyə başa çatmalıdır.

"Kiyev, Xarkov, Sumı yaxınlığında döyüşlər başa çatıb. Onlar hətta hansısa ehtiyatlarını tapıb gətirərək hücuma keçmək istəsələr belə məğlubiyyətə düçar olacaqlar. Məsələ bir həftə və ya 10 günədək uzana bilər. Nəticə bəllidir, onlar strateji cəhətdən artıq uduzduqları kimi əməliyyatı da uduzacaqlar. Fikrimcə, Kiyev sakinlərindən çıxıb gedənlər aprelin ortalarında və ya sonunda evlərinə qayıda biləcəklər” - Arestoviç bildirib.

Mənbə:My Webpage


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi