azia.az
azia.az

Zelenski ölkədən təxliyə olunmaq təklifini rədd etdi

16-03-2022, 08:28


“Ukrayna prezidenti Volodimir Zelenskiyə müharibənin ilk günlərində ölkədən təxliyə olunmaq təklif edilib, lakin o, qəti şəkildə bundan imtina edib. Ölkə başçısını zəif hesab edənlər səhv hesab ediblər”. Bunu Ukrayna Prezident Aparatının rəhbərinin müşaviri Aleksey Arestoviç Dmitri Qordona müsahibəsində deyib.
Zelenski ölkədən təxliyə olunmaq təklifini rədd etdi
"Birinci gün o, həm Qərb tərəfdaşları, həm də öz mühafizəçilərinin israrla təxliyə olunmaq təklifindən imtina etdi. Çünki Qostomelə desant enişi olanda bizdə tam dəqiq məlumat var idi ki, növbəti eniş Peçerskə olacaq. Zelenski dedi: "Mən əlimə silah alıb döyüşəcəm, problem nədir?” - Arestoviç bildirib.

Müşavir əlavə edib ki, çoxları dövlət başçısını təmkininə və cəsarətinə görə tərifləyir: “İlk 48 saat ərzində, artıq Kiyevdə döyüşlər gedəndə, heç kim bilmirdi ki, bu necə qurtaracaq, diversantlar haradan çıxacaq. Baza stansiyasının yaxınlığında iki dəfə atışma olmuşdu. Zelenski birmənalı olaraq dedi: “Təxliyə mövzusunu bağlayın. Mən heç vaxt getməyəcəyəm, lap 10 desant gəlsin, lap Prezident Ofisi raketlərlə vurulsun”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi