azia.az
azia.az

Arestoviç: “Xarkovu saxlaya bildik, “operativ fasilə”də qısa əks-hücumlarımız oldu” - VİDEO

24-02-2022, 19:55

Arestoviç: “Xarkovu saxlaya bildik, “operativ fasilə”də qısa əks-hücumlarımız oldu” - VİDEO
Ukrayna Prezidenti ofisinin rəhbərinin ştatdankənar müşaviri Oleksiy Arestoviç döyüş bölgəsində vəziyyətlə bağlı məlumat verib.

Onun sözlərinə görə, hazırda hərbi dildə “operativ fasilə” adlanan vəziyyət yaranıb.

“Bu həmin vəziyyətdir ki, qarşı tərəf praktiki olaraq hücum edə bilmir, çünki ağır itkilər verib, döyüş sursatları tükənib, sursat və texnika baxımından tamamlanmağa ehtiyac duyur. Daha sonra planların korrektəsi aparılmalı və hansısa ikinci raund başlamalıdır”, - deyə o bildirib.

O.Arestoviçin sözlərinə görə, bu müddətdə artıq Ukrayna ordusunun ikinci raundu başlayır, səfərbərlik, ehtiyatda olanlar vasitəsilə tamamlanma işləri aparılır:

“Operativ fasilə bizim bəzi qoşunlarımızın ayrı-ayrı məntəqələrdə hətta qısa əks-hücumlara keçməsi ilə xarakterikdir”.

Onun sözlərinə görə, Rusiyanın apardığı əməliyyatlar psixoloji şok yaratmağa və ukraynalıları qorxutmağa yönəlib.

“Yadınızda saxlayın ki, ilk şok keçəcək, nə qədər qəribə səslənsə də, biz baş verənlərə öyrəşəcəyik, normal döyüş fəaliyyəti aparılacaq”, - deyə müşavir qeyd edib.

O, Ukrayna ordusunun Xarkovu saxlamağa nail olduğunu vurğulayıb. Bu istiqamətdə Rusiya ordusu hücuma keçsə də, böyük itkilər verib və geri çəkilib, hətta Xarkovdan müəyyən məsafəyə qədər uzaqlaşıb.

Ukrayna Prezidenti ofisinin rəsmisi həmçinin digər istiqamətlərdəki döyüşlər üzrə operativ məlumatları çatdırıb:

“Azov və Qara dənizlərdə heç bir desant yoxdur, Odessanı əldən verməyəcəyik, bir-iki gün sonra vəziyyət sabitləşəcək. Düşünürəm ki, hətta sabah belə oyunun qaydaları bir qədər aydın olacaq”.

O qeyd edib ki, Rusiya Prezidenti Vladimir Putinin Ukraynanın neytral statusu haqqında danışıqlar təklif etməsi Rusiyanın əməliyyatların inkişaf tempini qiymətləndirməsini göstərir. Bununla da Rusiya işin öhdəsindən gələ bilmədiyini və siyasi təkliflərin vaxtının çatdığını anlayıb.

Mənbə:My Webpage


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi