azia.az
azia.az

Zelenski Putinlə harada görüşəcək? – Podolyak “bu iki ölkədən birində” dedi

14-03-2022, 07:59


Zelenski Putinlə harada görüşəcək? – Podolyak “bu iki ölkədən birində” dedi
Ukrayna hakimiyyəti Rusiya ilə danışıqların təşkili üçün İsrail və Türkiyə ilə əlaqə saxlayır.
Zelenski Putinlə harada görüşəcək? – Podolyak “bu iki ölkədən birində” dedi

Bu barədə Ukrayna prezidentinin aparat rəhbərinin müşaviri Mixail Podolyak “Ukrayna-24” telekanalına bildirib.


“İndi vasitəçilik missiyasını yerinə yetirmək istəyən tərəfdaşlarımızın köməyi ilə təhlükəsizlik zəmanətləri şərtləri və Ukraynanın mövqelərini nəzərə alacaq sazişlər paketi üzərində işləyirik”, – Podolyak deyib.


Müşavirin sözlərinə görə, sazişlər paketi razılaşdırıldıqdan sonra Rusiya və Ukrayna prezidentləri görüşə və sülh müqaviləsinin yekun müddəalarını işləyə biləcəklər.


Qeyd edək ki, martın 10-da Rusiyanın xarici işlər naziri Sergey Lavrov Antalyada ukraynalı həmkarı Dmitri Kuleba ilə görüşüb. Görüşdən sonra Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri qeyd edib ki, Putin Zelenski ilə görüşdən imtina etmir, lakin bundan əvvəl hazırlıq işləri aparılmalıdır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi