azia.az
azia.az

Makron efirdə "Müharibəyə yox" şüarı qaldıran qadına siyasi sığınacaq təklif etdi

16-03-2022, 08:25

Makron efirdə "Müharibəyə yox" şüarı qaldıran qadına siyasi sığınacaq təklif etdi
Makron efirdə "Müharibəyə yox" şüarı qaldıran qadına siyasi sığınacaq təklif etdi
Fransa prezidenti Emmanuel Makron Rusiyanın “Birinci Kanal”ının əməkdaşı - canlı yayımda "Müharibəyə yox" şüarı qaldıran Marina Ovsyannikovaya diplomatik “mühafizə” və Fransadan sığınacaq təklif etməyə hazır olduğunu deyib. Bu barədə “The Guardian” yazıb.

BMT də jurnalisti dəstəkləyib və Rusiya hakimiyyətini onu repressiyalara məruz qoymamağa çağırıb.

Makron Fransanın qərbində ukraynalı qaçqınlara yardım mərkəzinə səfəri zamanı Rusiya prezidenti Vladimir Putinlə Marina Ovsyannikovanın işini şəxsən müzakirə edəcəyini bildirib.
Makron efirdə "Müharibəyə yox" şüarı qaldıran qadına siyasi sığınacaq təklif etdi
BMT-nin İnsan Haqları üzrə nümayəndəsi Ravina Şamdasani Ovsyannikovanın hərəkətini yüksək qiymətləndirərək, onu “çox cəsur jurnalist” kimi xarakterizə edib.
Qeyd edək ki, kanalın əməkdaşı Mariya Ovsyannikova martın 14-də xəbərlər proqramının canlı yayımı zamanı studiyada kameralar qarşısına çıxaraq, üstündə “Müharibəyə yox” sözləri yazılmış plakat açıb və “müharibəni dayandırın!” şüarı səsləndirib. Moskvanın Ostankino Məhkəməsi M.Ovsyannikovanı sözügedən hadisəyə görə 30 min rubl cərimələyib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi