Makron həddini aşdı: Azərbaycan ordusuna çağırış etdi
Parisdə Fransa prezidenti Emmanuel Makron və Ermənistanın Baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan arasında görüş olub.
Azia.az xəbər verir ki, görüş zamanı ikili məsələlərlə yanaşı Qarabağdakı vəziyyət də müzakirə edilib. Makron Azərbaycan ordusunun guya Ermənistan ərazisinə daxil olduğunu bildirərək hərbçilərin geri çəkilməsi barədə çağırış edib. “Azərbaycan ordusu Ermənistanın suveren ərazisindən çəkilməlidir” deyən Makron, bölgədə sabitliyin bərpa olunması və tərəflər arasında dialoqun qurulması üçün əlindən gələni edəcəyini ifadə edib.