azia.az
azia.az

Ukraynalı qaçqınlar üçün yığılan pul oğurlanıb

14-03-2022, 08:40


Böyük Britaniyanın Oksford şəhərində yerləşən Müqəddəs Nikolay provaslav kilsəsində naməlum şəxslər Ukraynadan gələn qaçqınlar üçün yığılan pulları oğurlayıblar.
Ukraynalı qaçqınlar üçün yığılan pul oğurlanıb
Azia.az "Report"a istinadən bildirir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova teleqram kanalında bildirib.

Onun sözlərinə görə, kilsə üzvlərinin də dəyərli əşyaları oğurlanıb.

"Britaniyanın xarici işlər naziri Liz Trass bundan məmnun ola bilər. Onun şəxsən başlatdığı rusofobiya və saxtakarlıq kampaniyası ona təhsil diplomu verildiyi yerdə öz bəhrəsini verir", - deyə Zaxarova bildirib.

Britaniyanın XİN rəhbəri bildirib ki, rəsmi London martın 15-də Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edəcək. Böyük Britaniyanın baş naziri Boris Conson isə vurğulayıb ki, ölkəsi Ukraynadakı vəziyyətə görə Rusiyanı dünya iqtisadiyyatından sıxışdırıb çıxaracaq.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi