Ukraynada şəhər meri Rusiya hərbçiləri tərəfindən qaçırıldı - ANBAAN VİDEO
Ukraynanın blokadada olan Melitopol şəhərində 10-a yaxın rusiyalı hərbçi şəhər meri İvan Fedorovu qaçırıb.
Xəbər verilir ki, o, Rusiya ilə əməkdaşlıq etməyi rədd etdiyi üçün oğurlanıb.
Onu şəhər böhran mərkəzində vacib məsələlərin həlli zamanı tutublar. Oğurlanarkən Fedorovun başına plastik torba keçirilib.
Qeyd edək ki, mühasirədə olan Melitopolda humanitar fəlakət yaşanır.