azia.az
azia.az

Avropanın mərkəzində dəhşətli humanitar böhran

6-03-2022, 08:51


“Rusiya və Ukrayna arasında yeganə razılıq mülki insanların şəhərləri tərk etmək üçün koridorların yaradılmasıdır. Əlbəttə, bu vacibdir. Ancaq mülki insanların şəhərləri tərk etməsi müharibəni daha da şiddətləndirəcək”.
Avropanın mərkəzində dəhşətli humanitar böhran


Xəbərə görə, bunu politoloq Elxan Şahinoğlu bildirib.



E.Şahinoğlu qeyd edib ki, Rusiya ordusu Kremldən aldığı təlimat əsasında Ukraynanın şəhərlərini tamamilə darmadağın hesabına işğalı sürətləndirməyə çalışacaq: “Ukraynanın əhalisi 40 milyondan çoxdur, bunun 1 milyonu artıq qaçqına çevrilib. Misal üçün Suriyada müharibə başlayanda 1 milyon qaçqın aylar sonra qeydə alınmışdı. Yəni Ukraynadakı müharibə Suriyadakı müharibədən daha dəhşətli miqyas alıb. Avropanın mərkəzində dəhşətli humanitar böhran yaşanır”.



Leyla


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi