Rusiya qoşunları Xarkovun mərkəzinə girdilər
Rusiya qoşunları Ukraynanın Xarkov şəhərinə giriblər.
Bu barədə UNİAN xəbər yayıb. Xarkov administrasiyasından məlumatı təsdiq ediblər.
Yayılan videokadrlarda hərbi texnikanın sürətlə şəhərin içərilərinə doğru hərəkət etdiyi görünür.
Xarkov administrasiyası şəhərin kişi əhalisinə düşməni məhv etmək çağırışı edib.
Şəhər meri İqor Terexov bildirib ki, şəhərə yüngül texnika ilə daxil olan düşmənin zərərsizləşdirilməsi üçün əməliyyat keçirilir.
Mənbə:My Webpage