azia.az
azia.az

NATO komandanı Donbasda, 16 min Ukrayna hərbçisi şəhər döyüşləri üçün hazırdır

12-03-2021, 18:10

NATO komandanı Donbasda, 16 min Ukrayna hərbçisi şəhər döyüşləri üçün hazırdır
Ukrayna ordusunun ikinci Qarabağ müharibəsinin təcrübəsindən istifadə edərək separatçı Donbass regionuna hücuma başlayacağı haqda xəbərlərin yayıldığı, təmas xəttində vəziyyətin sürətlə gərginləşdiyi bir vaxtda NATO quru qoşunlarının komandanı, general Rocer Klutye ötən gün Kiyevə səfər edib.
NATO komandanı Donbasda, 16 min Ukrayna hərbçisi şəhər döyüşləri üçün hazırdır
Virtualaz.org xəbər verir ki, Klutyenin başçılıq etdiyi NATO nümayəndə heyəti Donbassda dislokasiya olunmuş Ukrayna ordu birləşmələrinə də baş çəkib.



Rəsmi məlumatlara əsasən səfərdə məqsəd Ukrayna ilə NATO arasında inteqrasiya məsələlərinə dair danışıqlar aparmaqdır. Ddanışıqlar zamanı Ukrayna quru qoşunlarının komandanı, general-polkovnik Aleksandr Sirskiy bildirib ki, 2015-ci ildən bu yana NATO 16 minə yaxın ukraynalı hərbçini şəhər döyüşləri üçün hazırlayıb. Ümumiyyətlə, NATO-nun beynəlxalq təlim missiyasının zabitlərinin köməyi ilə 2015-2020-ci illərdə 19 min Ukrayna hərbçisi hazırlıq keçib.

“Bizim əməkdaşlığımızın istiqaməti Ukrayna Silahlı Qüvvələrinin təlim mərkəzlərinin sonrakı inkişafına yönəlib, ilk növbədə quru qoşunlarının. Bizim mexanikləşdirilmiş briqadaların hazırlığı üzrə bir neçə təlimlərimiz planlaşdırılıb. Başlıca məqsəd hərbçilərin hazırlanmasının intensivliyini və keyfiyyətini artırmaqdır”,-general Sirkskiy NATO-dan olan həmkarı ilə keçirdiyi brifinqdə deyib.



“Mənim səfərimin məqsədi Ukrayna Silahlı Qüvvələrinin quru qoşunlarının strukturunu və onun vəzifələrini öyrənmək, quru qoşunlarının komandanlığı ilə artıq başlamış əməkdaşlığımızı möhkəmləndirməkdir”,-general Klutye bildirib.

Bu səfər Donbass separatçıları arasında təşvişi daha da artırıb. Orada hesab edirlər ki, hərbi əməliyyatlar başlasa NATO təlimatçıları Ukrayna ordusuna kömək edəcək.



Məlumatlara görə hazırda Ukrayna öz ordusunun üçdə birini-təxminən 90 minlik canlı qüvvəni Donetsk və Luqansk vilayətləri ilə təmas xətti boyu cəmləşdirib. O cümlədən 450-dən çox tank və 2 minə qədər zirehli texnika, bir o qədər də artilleriya və reaktiv yaylım atəşi sistemləri döyüş düzülüşündədir. Donetsk və Luqansk separatçılarının qüvvələrinin cəmi isə bundan üç dəfə azdır, üstəlik onların tanklarının və digər texnikasının yarıya qədəri nasazdır. Habelə separatçıların qüvvələrinin təchizatı aşağı səviyyədədir, onların etibarlı hava hücumundan müdafiə sistemləri yoxdur. Ukrayna ordusunun həm də “Bayraktar TB2” döyüş pilotsuz təyyarələri ilə silahlandığı nəzərə alınarsa separatçıların tezliklə darmadağın ediləcəyi təxmin edilir.

Rəsmi Kiyev əlbətdə ki, Donbassda hərbi əməliyyatlara hazırlaşdığını elan etmir. Bu arada Ukrayna sosial şəbəkələrində belə məlumatlar yayılmaqdadır ki, Rusiya regiona sülhməramlı qüvvələr yeritmək üçün Donbassda təxribatlar hazırlayır. Donbassda isə əksinə, iddia edirlər ki, bu informasiyalar Ukrayna ordusunun tezliklə başlayacaq hücumuna haqq qazandırmaq üçündür.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi