azia.az
azia.az

İsrail Ukraynaya dəstək verdi

24-02-2022, 10:24

İsrail Ukraynaya dəstək verdi
İsrail Xarici İşlər Nazirliyi Ukrayna-Rusiya münasibətləri ətrafında cərəyan edən son gərginliyə münasibət bildirib.

“İsrail Ukraynanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir və ölkənin şərqində baş verən hadisələrdən narahatlığını bölüşür”- İsrail XİN-in bəyanatında qeyd olunur.

İsrail tərəfi münaqişənin diplomatik həllinin tapılacağına ümid etdiyini və öz növbəsində İsrailin də bu prosesə töhfə verməyə hazır olduğunu bəyan edib.

Bəyanatda həmçinin bildirilir ki, İsrail Ukraynaya humanitar yardım göstərməyə hazırdır və bu mövzuda rəsmi Kiyevlə danışıqlar aparır.

Mənbə: My Webpage


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi