azia.az
azia.az

Zelenski xalqa müraciət etdi: Şəhərlərimizdə partlayışlar...

24-02-2022, 10:14

Zelenski xalqa müraciət etdi: Şəhərlərimizdə partlayışlar...
Rusiya Donbasda xüsusi əməliyyata başlayıb və bütün Ukraynada hərbi vəziyyət tətbiq edilir.

Azia.az “Ukrinform”a istinadla xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski videomüraciətində bildirib.

"Bu gün prezident Putin Donbasda xüsusi hərbi əməliyyat elan edib. Rusiya bizim hərbi infrastrukturumuza və sərhədçilərimizə, sərhəd dəstələrimizə zərbələr endirib. Ukraynanın bir çox şəhərlərində partlayışlar eşidilib. Biz bütün ərazilərimizdə hərbi vəziyyət tətbiq edirik. Az əvvəl Prezident Baydenlə (ABŞ Prezidenti-red.) söhbətim oldu. ABŞ artıq beynəlxalq dəstəyi səfərbər etməyə başlayıb. Bu gün sizdən tələb olunan sakitlikdir.Mümkünsə evdə qalın. Biz işləyirik, ordu işləyir, bütün Ukraynanın təhlükəsizlik sektoru işləyir, mən, Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurası və Nazirlər Kabineti sizinlə daimi təmasda olacağıq”, - deyə Zelenski bildirib.

O qeyd edib ki, tezliklə Ukrayna vətəndaşlarına yenidən müraciət edəcək.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi