azia.az
azia.az

ŞOK! Donbasa 120 min hərbçi yerləşdirildi, bombalayırlar... – "Dinc sakinlər həlak olub"

22-02-2022, 15:55

ŞOK! Donbasa 120 min hərbçi yerləşdirildi, bombalayırlar... – "Dinc sakinlər həlak olub"
Ukrayna hakimiyyəti Donbasdakı təmas xəttinə 120 min hərbçi yerləşdirib.

Sfera.az "Tass” agentliyinə istinadən xəbər verir ki, bunu Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya BMT Təhlükəsizlik Şurasının Ukrayna ətrafındakı vəziyyətə həsr olunmuş iclasında bildirib.

Rusiya rəsmisi Qərbi Ukraynanı silahlandırmaqda günahlandırıb:
"Rusiyanın Ukraynaya gözlənilən işğalı ətrafında əsassız panikaya səbəb olan qərbli həmkarlarımız həyasızcasına ölkəni silahlandırır, ora təlimatçılar göndərir və faktiki olaraq təmas xəttinə 120 min hərbçi yerləşdirmiş ukraynalıları silahlı təxribatlara sövq edirdilər. Son həftəsonu Ukrayna hərbçiləri LXR və DXR-də yaşayış məntəqələrini bombalamağa başlayıblar. Həmin ərazilərə 1600-ə qədər mərmi atılıb, dinc sakinlər həlak olub. Sərhəd yaxınlığındakı rus birləşmələri də atəşə məruz qalıb”, - deyə Nebenzya qeyd edib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi