azia.az
azia.az

Bayden Zelenskiyə Kiyevi tərk etməyi təklif edib? - NBC-dən şok iddia

22-02-2022, 12:16

Bayden Zelenskiyə Kiyevi tərk etməyi təklif edib? - NBC-dən şok iddia
ABŞ Prezidenti Co Baydenin administrasiyası Rusiyanın Ukraynanı işğal edəcəyi halda Vladimir Zelenskinin paytaxtdan çıxarılmasını müzakirə edib.

Gundem.az xəbər verir ki, bu barədə iki mənbəyə istinadən “NBC News” kanalının müxbiri Riçard Engel öz “Twitter” səhifəsində yazıb.

Onun sözlərinə görə, Zelenskinin gedişi Bayden administrasiyasının bəzi rəsmiləri tərəfindən Ukrayna hakimiyyəti ilə müzakirə edilib.

Vladimir Zelenski ailəsinin Kiyevdə onunla birlikdə olduğunu deyib. Ukrayna rəhbəri vurğulayıb ki, o prezident və onun xanımı kimi birinci xanım kimi ailələrin özünü necə aparmalı olduğunu göstərməlidir.

Xatırladaq ki, fevralın 21-də Zelenski Milli Təhlükəsizlik və Müdafiə Şurasının (MTŞ) təcili iclasını çağırıb. Bu qərar Rusiya Federasiyası Təhlükəsizlik Şurasının iclasında səslənən bəyanatlarla bağlıdır. Bundan əvvəl o, Fransa prezidenti Emmanuel Makron və Almaniya kansleri Olaf Şolzla təcili məsləhətləşmələr aparıb. Bu danışıqların məzmunu hələ ki, açıqlanmayıb.

Bazar ertəsi DXR və LXR-in tanınmamış respublikalarının rəhbərləri Denis Puşilin və Leonid Paseçnik Rusiya prezidenti Vladimir Putinə onların müstəqilliklərinin tanınması xahişi ilə müraciət ediblər. Təhlükəsizlik Şurası müraciəyə müsbət səs verib. Putin qondarma respublikaları tanıdığını elan edib. (Cebhe.info)


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi