azia.az
azia.az

Bir ilin beş günə bərabər olduğu planet aşkar edildi

13-02-2022, 09:08


Çilidəki Avropa Cənub Rəsədxanasının teleskopuyla işləyən alimlər qrupu Proksima Sentavr sistemində ekzoplanet tapıblar.
Bir ilin beş günə bərabər olduğu planet aşkar edildi
Yerə bənzər səma cisminin heyrətamiz cəhəti ondan ibarətdir ki, burada bir il cəmi beş gün davam edir.

Bildirilir ki, Planetə "Proxima Centauri d" adı veirlib. O, Günəşdən, təxminən 4 milyon km aralıqda yerləşir. Müqayisə üçün qeyd edək ki, bu, Merkuri ilə Günəş arasındakı məsafədən xeyli azdır.

"Proxima Centauri d"nin kütləsinin Yerin kütləsinin təxminən 0,26-sı olduğu bildirilir.Alimlər hesab edirlər ki, planetin yarısında həmişə gecə, digərində isə gündüz olur.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi