azia.az
azia.az

Putin Təhlükəsizlik Şurasını çağırdı, MDB ölkələri ilə münasibətləri müzakirə etdi

11-02-2022, 16:39

Rusiya prezidenti Vladimir Putin bu gün fevralın 11-də Təhlükəsizlik Şurasının iclasını keçirib, iclasda Rusiyanın MDB ölkələri ilə münasibətləri müzakirə edib. Bu barədə Kremlin rəsmi saytı bildirir.
Putin Təhlükəsizlik Şurasını çağırdı, MDB ölkələri ilə münasibətləri müzakirə etdi
“Son hadisələr göstərir ki, bütün bu işlər (postsovet məkanında,-red.) müsbət nəticə verir, bu işlər gərəklidir. Biz bu gün o haqda danışacağıq ki, son illərdə bu istiqamətdə yaradılmış mexanizmləri necə təkmilləşdirmək olar”,-Putin bildirib.



“Bizim burada çoxlu təşəbbüslərimiz, aparıcı tərəfdaşlarımızla çox yaxşı dialoqumuz var”,-Rusiya prezidenti əlavə edib. Putin vurğulayıb ki, söhbət Rusiyanın Avrasiya İqtisadi İttifaqı və KTMT üzrə tərəfdaş-ölkələrindən gedir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi