Əliyev və Putin Qarabağı müzakirə etdi
Aprelin 8-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.
AZƏRTAC xəbər verir ki, elefon söhbəti zamanı Dağlıq Qarabağ ətrafında vəziyyət, Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistanın baş nazirinin 2020-ci il 10 noyabr və 2021-ci il 11 yanvar tarixli bəyanatlarına müvafiq olaraq vəziyyətin daha da sabitləşdirilməsinin müzakirəsi davam etdirilib.
Söhbət zamanı xüsusi olaraq sülhün, təhlükəsizliyin və regionun davamlı sosial-iqtisadi inkişafının təmin olunması, həmçinin nəqliyyat kommunikasiyalarının bərpası üzrə işin gedişi ətraflı şəkildə nəzərdən keçirilib. Bu baxımdan aprelin 7-də Moskvada Rusiya-Ermənistan yüksək səviyyəli görüşünün yekunları nəzərə alınıb. Müxtəlif formatlarda təmasların fəallaşdırılması qərara alınıb.
***19:42
Azərbaycan Prezidenti İlham Əliyevlə Rusiya Prezidenti Vladimir Putinin telefon danışığı olub. Virtualaz.org bildirir ki, bu barədə kremlin mətbuat xidməti məlumat yayıb. Bildirilir ki, prezidentlər Dağlıq Qarabağ ətrafında vəziyyəti müzakirə ediblər.
"Dağlıq Qarabağ ətrafında vəziyyət, Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il və bu il 11 yanvar tarixli bəyanatlarına uyğun olaraq onun daha da sabitləşməsi müzakirə edildi.
Xüsusilə sülhün təmin olunması, təhlükəsizlik və bölgənin mütərəqqi sosial-iqtisadi inkişafı, habelə nəqliyyat-kommunikasiya sistemlərinin bərpası üzrə işlərin gedişatından danışıldı. Müxtəlif formatlarda əlaqələrin gücləndirilməsi barədə razılığa gəlindi”, - Kremlin məlumatında deyilir.