“Ermənilər bizi “Böyük Turan”la qorxudurlar, özləri isə...” - Korotçenko
“Milli Müdafiə” jurnalının baş redaktoru, politoloq İqor Korotçenko Türkiyə və Ermənistan arasında qarşılıqlı aviareyslərin bərpası ilə bağlı fikirlərini bölüşüb.
Azia.az xəbər verir ki, Korotçenko özünün “Facebook” hesabından yazdığı statusda bu gündən etibarən İrəvan-İstanbul uçuşlarının bərpa olunacağını bildirib. Politoloq fikirlərinin davamında ermənilərə ismarış göndərməyi də unutmayıb.
“Yəni, erməni yoldaşlar bizi “Böyük Turan”la qorxudurlar (Rusiya onların geosiyasi və hərbi maraqlarına xidmət etsin deyə). Özləri isə İstanbulda alış-veriş edib dincəlirlər”, – deyə Korotçenko qeyd edib.Kanal.az