Təzyiqlərə boyun əymədi: Ərdoğanın dediyi ilə razılaşdı - Böyük əməkdaşlıq başlayır
Milyarder iş adamı İlon Maskın qurucusu olduğu elektrik avtomobil şirkəti “Tesla” Türkiyədə faəliyyətə başlayır.
Metbuat.az xəbər verir ki, “Tesla” Türkiyənin 11 şəhərində enerji stansiyası quracaq.Həmçinin şirkət Türkiyədə ofislər açacaq. Bildirilir ki, “Tesla”nın bütün modelləri Türkiyədə satışa çıxarılacaq. Qeyd edək ki, gələn Türkiyənin yerli avtomobili hazır olacaq. Yeni avtomobil elektriklə işləyir. Enerji stansiyalarının qurulması da bununla əlaqədardır. Əlavə edək ki, bir neçə gün əvvəl İlon Mask Türkiyə səfəri zamanı prezident Rəcəb Tayyib Ərdoğanla görüşüb.
Türkiyəyə qarşı qüvvələr İlon Maska Türkiyə ilə əmkdaşlıq etməməsi üçün təzyiq etsə də, iş adamı razı olmayıb. Ərdoğanla görüşdən sonra İlon Maskın rəhbəri olduğu şirkət Türkiyənin peykini kosmosa daşıyıb.