azia.az
azia.az

4 ölkə görüşür: Rusiya-Ukrayna məsələsi

27-01-2022, 10:12

4 ölkə görüşür: Rusiya-Ukrayna məsələsi
Fransa, Almaniya, Rusiya və Ukrayna liderlərinin nümayəndələri Ukrayna böhranı ilə bağlı iki həftə sonra Almaniyanın paytaxtı Berlində yenidən görüşəcək.

“Ölkə.Az” xəbər verir ki, Yelisey Sarayından verilən açıqlamada Normandiya formatı (Rusiya, Almaniya, Fransa və Ukrayna) ölkələri liderlərinin, Xarici İşlər Nazirliklərinin nümayəndələrinin iştirakı ilə paytaxt Parisdə bir araya gəliblər.

Məlumatda deyilir ki, tərəflər Minsk razılaşmalarının Normandiya formatının əsasını təşkil etdiyini və atəşkəsə qeyd-şərtsiz riayət edilməli olduğunu bildiriblər. Həmçinin qeyd olunub ki, məsləhətçilər Minsk razılaşmalarının həyata keçirilməsində sürətli irəliləyiş əldə etmək üçün işlərin intensivləşdirilməsinin vacibliyini vurğulayıblar.

Açıqlamada, məsləhətçilərin Ukrayna böhranı ilə bağlı 2 həftə sonra Almaniyanın paytaxtı Berlində yenidən görüşmək barədə razılığa gəldiyi bildirilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi