“Ukrayna “Normand dördlüyü”nün görüşündə iştirak etmək niyyətində deyil“
Bu barədə “İnterfaks-Ukrayna” agentliyinə Ukrayna XİN-dəki diplomatik mənbə bildirib
“Ukrayna tərəfi “Normand dördlüyü”nün görüşündə iştirak etməyə razılıq verməyib.
Hələ ki rəsmi Moskva Minsk razılaşmaları çərçivəsində öz öhdəliklərini yerinə yetirmir və münaqişəsinin həllinə dair "yol xəritəsi" hazırlanmayıb, bu görüş baş tuta bilməz”, deyə mənbə bildirib.
Qeyd edək ki, bundan əvvəl Rusiya prezidentinin köməkçisi Yuriy Uşakov oktyabrın 19-da Parisdə “Normand dördlüyü” liderlərinin növbəti görüşünün keçiriləcəyini bildirib. (APA)