İrəvanda merdən sonra müavini də işdən çıxarıldı
Sergey Arutyunyan İrəvanın vitse-meri vəzifəsindən azad edilib.
"Qafqazinfo" xəbər verir ki, bu barədə meriyanın saytında məlumat verilib.
Arutyunyan uzun illər şou-biznesdə videokliplərin və filmlərin, o cümlədən əsas rolları oynadığı "Kargin" studiyasının bir neçə filminin prodüseri kimi çalışıb.
Qeyd edək ki, İrəvan meri Ayk Marutyan 2021-ci ilin dekabrında vəzifəsindən kənarlaşdırılıb.