Azərbaycanda nazirin şok görüntüləri - İŞDƏN ÇIXARILDI / VİDEO
Azərbaycanda nazirin şok görüntüləri - İŞDƏN ÇIXARILDI / VİDEO
Xəbər verdiyimiz kimi, Naxçıvan MR Ali Məclisinin Sədri Vasif Talıbovun əmri ilə, Muxtar Respublikanın Gənclər və idman naziri Azad Vaqif oğlu Cabbarov vəzifəsindən azad olunub. Azerforum.com xəbər verir ki, "Manset.az" saytının əldə etdiyi məlumata görə, Gənclər və idman nazirinin iclasda yatmasına görə işdən çıxarıldığı iddia olunur. Belə ki, Naxçıvan Respublikası Ali Məclisinin beşinci sessiyasında V.Talıbov Gənclər və İdman Nazirliyinin fəaliyyəti ilə bağlı tapşırıqlar verərkən nazir yuxuya gedib. Həmin görüntülərin yayılmasından sonra A.Cabbarov vəzifəsindən kənarlaşdırılıb.