azia.az
azia.az

Fransada Qarabağ müharibəsində iştirak edən ekstremist həbs edildi

22-01-2022, 10:15

Fransada Qarabağ müharibəsində iştirak edən ekstremist həbs edildi
Fransada Qarabağ müharibəsində iştirak edən ekstremist həbs edildi
İfrat sağçı "Zouaves Paris" (ZVP) qrupunun lideri Mark de Kakkere-Valmenye Fransada 1 il müddətinə azadlıqdan məhrum edilib. Bu barədə cümə günü, yanvarın 21-də "Agence France-Presse" prokurorluğa istinadən xəbər verir.

O, yanvarın 15-də mitinqdə iştirak etdiyinə görə saxlanılıb, sonra isə həbs edilib. Hadisə dekabrın 5-də Fransa prezidentliyinə ifrat sağçı namizəd Erik Zemmurun mitinqində baş verib.
Fransada Qarabağ müharibəsində iştirak edən ekstremist həbs edildi
Yanvarın 21-də 23 yaşlı fəal başqa bir iş üzrə də mühakimə olunub. O, antifaşist hərəkatı simvolizə edən Paris barına hücum etdiyi üçün bir il həbs cəzasına məhkum edilib. Paris məhkəməsi ona elektron qolbaq taxıb. Valmenyenin aksiyalarda iştirakına qadağa qoyulmuşdu.
Xatırladaq ki, 30 oktyabr 2020-ci ildə Valmenye "İnstaqramda" ermənilərlə birlikdə Qarabağa döyüşməyə getdiyini açıqlamışdı.

O, "Kalaşnikov" avtomatı ilə hərbi formada şəklini paylaşaraq ermənilərlə əməkdaşlıqla "xarici könüllülər briqadası"nı yaratmaq arzusunu açıqlamışdı. Sinəsində iki yamaq var: Ermənistan bayrağı və bəzi SS bölmələrinin istifadə etdiyi kəllə sümüyü. Fotoda "İstiqamət: Ön" imzası var. O, həmçinin yerli hakimiyyət orqanları ilə əməkdaşlıq edərək “xarici könüllülər briqadası” yaratmaq arzusunu açıqlayıb.

Qeyd edək ki, "Zouaves" qrupu "ağların üstünlüyü anlayışını" müdafiə edən küçə xuliqanlarıdır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi