Fransanın sağçı ekstremistlərinin başçısı işğal altındakı Qarabağda vuruşmağa getdi - QALMAQAL
Aşırı sağ qruplaşma Zouaves Paris (ZVP) lideri Marc de Cacqueray-Valmenier, Instagram-da Dağlıq Qarabağdakı ermənilərlə birlikdə Azərbaycanla vuruşmaq üçün getdiyini açıqladı.
Milli.Az bildirir ki, bu haqda cümə günü "Liberation" xəbər verir.
Sadiqliyini göstərmək üçün Marc de Cacqueray, əlində "Kalaşnikov" avtomatı ilə hərbi formada olan şəklini yayımladı. Sinəsində erməni bayrağı və bəzi SS birləşmələrinin istifadə etdiyi kəllə yer alıb. Fotonun altında "İstiqamət: cəbhə" sözləri yazılıb. O, yerli hakimiyyət orqanları ilə birlikdə "xarici könüllülər briqadası" yaratmaq arzusunu da bildirdi.
2019-cu ildə onunla görüşən Liberation-da Marc de Cacqueray-Valmenier özünü faşist adlandırdı. Ancaq qruplaşmasını o elə adlandırmır. Zouaves Paris, sağçı ekstremistlər qrupu - Parisdə zorakılığın əsas təxribatçısıdır. O dedi ki, bu, küçələri qorxu altında saxlamaq üçün bir qrupdur.
Parisli "zuavlar", özlərini yaxın bildiyi GUD (Fransız sağçı tələbə birliyi) ənənəsi ilə yumruqlarıyla siyasətlə məşğul olurlar. Bu ultrasağ "zuavlar" Paris küçələrində qarşıdurmalarda və irqçi toqquşmalarda iştirak edirlər. Onlar "sarı jiletlər"in iğtişaşlarında da iştirak ediblər.