Mirzoyan Çavuşoğlu ilə "gizli söhbət"inin detallarını açıqladı
![]()
Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ilə dekabrda proqramda nəzərdə tutulmadığı halda baş tutan ayaqüstü görüşü erməni cəmiyyətində ciddi söz-söhbətə səbəbə olub və bu barədə ən müxtəlif fikirlər səsləndirilməkdədir.
“Ölkə.Az” xəbər verir ki, Mirzoyan parlamentdə türkiyəli həmkarı ilə görüşünün detallarını və necə baş tutduğunu açıqlamalı olub.
O deyib ki, ötən ilin dekabrında Stokholmda Çavuşoğlu ilə söhbəti sözün ənənəvi mənasında çətin ki, görüş hesab etmək olar.
Mirzoyan görüşün təfərrüatını açıqlayaraq deyib:
“Hörmətli Mövlud Çavuşoğlu ilə söhbətimi sözün əsl mənasında sözbəsöz deyə bilərəm. Görüşümüz sözün ənənəvi mənasında rəsmi deyildi. Biz ATƏT Xarici İşlər Nazirlərinin iclasının keçiriləcəyi zala gedən dəhlizdə görüşdük. Yan-yana getdik. Söhbət aşağıdakı məzmunda idi:
- Salam.
- Salam.
- Tanışlığım üçün çox şadam.
- Mən də tanışlığım üçün çox şadam.
- Biz münasibətləri normallaşmağa hazırıq.
- Və biz də buna hazırıq.
- O zaman danışıqlar üçün xüsusi nümayəndələr təyin edə bilərik.
- Geri qayıdıb, prosesə başlayan kimi təyin edəcəyik.
Məncə, müsbət söhbət oldu. Bəli, bu, rəsmi görüş deyildi, amma buna baxmayaraq, görüş idi. Siqnallar, məncə, kifayət qədər müsbətdir”, - Mirzoyan bildirib.
Nazirin sözlərinə görə, bu kontekstdə hər hansı gizli görüşdən danışmaq düzgün deyil.