azia.az
azia.az

“Bunu Ərdoğandan Zelenski xahiş edib” – Ankara görüşü müharibəni dayandıra bilər

19-01-2022, 18:11

“Bunu Ərdoğandan Zelenski xahiş edib” – Ankara görüşü müharibəni dayandıra bilər
"Ukraynanın şərqində baş verən hadisələr və Kiyev-Moskva gərginliyi hər keçən gün bir qədər da artır. Təəssüf ki, nə Kreml, nə də Vaşinqton qəti mövqelərindən geri addım atmır. Bir qığılcım regionda dəhşətli müharibəni başlada bilər”.

Bu sözləri Sfera.az-a politoloq Qabil Hüseynli Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiya və Ukrayna prezidentlərini Türkiyəyə dəvət etməsini şərh edərkən deyib.

Onun sözlərinə görə, Ukrayna prezidenti anlayır ki, proseslər ölkəsinin daxili işi olmaqdan çoxdan çıxıb:

"Mövcud vəziyyətdən ən çox narahat olan tərəf məhz rəsmi Kiyevdir. Ukrayna anlayır ki, ehtimal edilən müharibə reallaşarsa, bu, ölkəni Qərb və Rusiya arasında döyüş poliqonuna çevirəcək. Yəni Ukrayna bütün hallarda bu gərginlikdən zərərlə çıxacaq. Hesab edirəm ki, bu və digər səbəblərə görə də Vladimir

Zelenski Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğandan Vladimir Putinlə görüş təşkil etməsini istəyib. Yəni bu dəvət əslində rəsmi Kiyevin Ankaradan xahişi ilə baş tutub”.

Politoloqun sözlərinə görə, Ankara, Kreml və Kiyevi uzlaşdıra bilər:

"Prinsip etibarilə bu mümkündür. Ankara da şimal sərhədlərində artan gərginliyin nə ilə nəticələnəcəyini və bütövlükdə region ölkələrinə zərər verəcəyini anlayır. Bundan başqa Türkiyənin həm Ukrayna, həm də Rusiya ilə müsbət əlaqələri var. Nəzərə alsaq ki, həm Vaşinqton, həm də Qərb Kremlə qarşı Ukraynanı dəstəkləyir, Ankaranın tərəflər arasında vasitəçi olması daha məqbuldur. Bu məsələdə Türkiyənin konstruktiv yanaşma sərgiləyəcəyini və tərəflər arasında gərginliyin azalmasına töhfə verəcəyini düşünürəm”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi