azia.az
azia.az

Qazaxıstan prezidenti Askar Umuravu İnformasiya və İctimai İnkişaf naziri təyin edib

15-01-2022, 10:25


Qazaxıstan prezidenti Askar Umuravu İnformasiya və İctimai İnkişaf naziri  təyin edib
Qazaxıstan prezidenti Askar Umuravu İnformasiya və İctimai İnkişaf naziri təyin edib
Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin təsdiq etdiyi yeni nazirlər kabinetində İnformasiya və İctimai İnkişaf naziri Askar Umurav olub.
Belə ki,Askar Umarov bundan qabaq da adı çəkilən nazirlikdə nazir müavini kimi fəaliyyət göstərib.İndi bütün aparıcı Rusiya mediası,kremlin yandaş jurnalistləri haray-həşir salıblar ki,yeni informasiya naziri Askar Umarov qatı millətçidir və müxtəlif vaxtlarda Qazaxıstanda yaşayan ruslara"sagol deyin ki,hüquqlarınıza riayət olunur və sizi başqa ölkələrdəki kimi istilaçı oldugunuz üçün heç kim qovmur"deyib.
Hətta V.Putinin media "siması" Marqarita Simonyan deyib ki,Askar Umarov bundan sonra Qazaxıstanın baş ideoloqu olacaq.M.Simonyan onu da vurgulayıb ki,Askar Umarov 1941-1945-ci il müharibəsinə də "özgə müharibə"deyib.
Simonyan düşünürəm ona görə qəzəblidir ki,Askar Umarov ali təhsilini Qazaxıstanda fəaliyyət göstərən Turan universitetində alıb və bir müddət də JSC türk akademiyasının vitse-prezidenti olub.
Ancaq mənə o maraqlı gəlir ki,A.Umarov Qazaxıstanın dövlət xəbər agentliyi "Kazinform"un 2020-2021-ci illərdə idarə heyətinin sədri olub və bundan başqa informasiya və inkişaf nazirinin müavini kimi işləyib.Bəs o zaman Umarovun kimliyi,siyasi ideologiyası,"millətçiliyi"niyə rusların yadına düşmürdü?
Lakin bir məsələ dəqiqdir ki,kremlin media ruporları hələ də sübut edə bilmirlər ki,"TürkMedia"adlı sosial şəbəkədə yazılan "rusfob"fikirlərin müəllifi A.Umarovdur.Buna rəgmən,bir müddətdir ki,Umarovun Rusiyaya girişinə qadaga qoyulub.
Rusiyanın "Novaya İzvestiya"qəzeti isə belə yazır ki,Tokayev tərəfindən Umarovun yüksək vəzifəyə təyin olunması "Rusiyanın kürəyinə vurulan zərbə"dir.
Bundan əlavə,"Komsomolskaya Pravda"qəzeti yazır ki,Askar Umarov Qazaxıstanda Böyük Turan ideologiyasının əsas təbligatçısıdır və bu adam Tatarıstan,Başqırdıstan və Yakutiya regionlarının da adı çəkilən imperiyaya daxil edilməsini istəyir.
Bəzi rus politoloqlar hesab edirlər ki,Tokayev Umarovu vəzifəyə təyin etməklə,Moskvaya meydan oxuyur.
Açıgı,mən bunu məntiqli iddia kimi qəbul etmirəm.Əvvala,Tokayev ümümiyyətlə milli bir adam deyil.Hətta deyərdim ki,N.Nazarbayev ulubəy klanının təmsilçisi kimi Tokayevdən daha millətçi və xalqçı idi.Baxmayaraq ki,Tokayev də ulubəy klanının fiqurudur.
Ola bilsin ki,Tokayev Umarovu nazir təyin etməklə, Qazaxıstandakı millətçilərə jest edir və onları öz tərəfinə çəkmək istəyir.Hər halda,Tokayev əvvəldən də bilirdi ki,A.Umarov kremlin qara siyahısındadır.
İkinci versiyam budur ki,Tokayev Umarov həmləsini etməklə,bütün diqqəti bu adamın üzərində konsentrasiya edir və millətçi hissləri bir müddət soyudur.
Əlbəttə,siyasətdə bu sayaq ucuz və təsirli gedişlər həmişə olub.Və daha sonra Tokayev Umarovu vəzifədən azad edib Moskvanın qarşısında öz "sadiqliyini"nümayiş etdirəcək.
Bu,nə qədər primitiv siyasi texnologiya olsada,siyasətçilər vaxtaşırı belə metodlara müraciət edirlər.
Digər tərəfdən,bir məsələ də mənə hələ də maraqlıdır ki,Tokayev ölkədəki rusları "manqurt"adlandıran Umarovu idiki mərhələdə informasiya və inkişaf naziri təyin etməklə risqə getmirmi?
Yəni,Tokayev onun fərqinə varmır ki,Rusiya belə bir həssas məqamda və ya gələcəkdə Qazaxıstandakı rusları separatizmə istiqamətləndirməyəcək...
Artıq Sergey Markov kimi politoloq da Tokayevi sərt tənqid edib.Hətta iş o yerə çatıb ki,Rusiya XİN-nin mətbut katibi Mariya Zaxarova da Umarovun təyinatına mənfi münasibət açıqlayıb.
Ola bilsun ki,bir müddət sonra Putinin Salavyovu,Zatulini,siyasi klonu,"şillə vuranı"Vladimir Jirinoviski də Qazaxıstan hökumətini nəyi var tənqid edəcəklər.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi