azia.az
azia.az

Tokayev Putinə təşəkkür etdi, xəbərdarlıqsız atəş əmri verdi – SON DURUM

7-01-2022, 13:39

Tokayev Putinə təşəkkür etdi, xəbərdarlıqsız atəş əmri verdi – SON DURUM
Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev qanunsuz silahlı dəstə üzvlərinə xəbərdarlıq edilmədən atəş açmaq əmri verib.


RİA-Novosti agentliyi bildirir ki, Kasım-Jomart Tokayev yanvarın 7-də ölkə əhalisinə yenidən müraciət edib.

O, müraciətində qanunsuz silahlılara xəbərdarlıq edilmədən atəş açılması haqqında əmr verdiyini də vurğulayıb.

Kasım-Jomart Tokayev Rusiya lideri Vladimir Putinə sülhməramlılarla bağlı müraciətinə operativ reaksiya verdiyinə görə təşəkkür edib.

“Rusiya Prezidenti Vladimir Putinə xüsusi təşəkkürümü bildirmək istəyirəm. O, müraciətimə çox operativ və ən əsası dostcasına cavab verdi”, – Tokayev xalqa müraciətində deyib.

Dövlət başçısı həmçinin müraciətində ölkə üzrə elan etdiyi fövqəladə vəziyyət rejimini mərhələ-mərhələ aradan qaldıracağına da boyun olub.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi