Sabahdan KTMT sülhməramlılarının Qazaxıstandan çıxarılmasına başlanılacaq
Sabahdan KTMT sülhməramlılarının Qazaxıstandan çıxarılmasına başlanılacaq
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sülhməramlıları sabahdan başlayaraq Qazaxıstandan çıxarılacaq. Bunu Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev deyib.
Dövlət başçısı bildirib ki, sülhməramlıların ölkədən çıxarılmasına yanvarın 13-də start veriləcək.
O, ölkədə vəziyyətin sabitləşdirilməsində mühüm rol oynayan sülhməramlıların missiyasını çox uğurlu kimi qiymətləndirib.