azia.az
azia.az

Lukaşenkodan ŞOK: Qazaxıstandan sonra bu postsovet ölkəsində iğtişaşlar olacaq – “Dərs çıxarmalıdır”

10-01-2022, 14:34

Lukaşenkodan ŞOK: Qazaxıstandan sonra bu postsovet ölkəsində iğtişaşlar olacaq – “Dərs çıxarmalıdır”
Belarus prezidenti Aleksand Lukaşenkonun açıqlaması əməlli-başlı səs-küy yaradıb.

Azia.az xarici mediaya istinadən xəbər verir ki, Lukaşenko başqa bir postsovet ölkəsi üçün də problemlərin olacağının proqnozunu verib. Lukaşenko bildirib ki, ilk növbədə Özbəkistan Qazaxıstandakı vəziyyətdən dərs çıxarmalıdır.



Qeyd edək ki, Belarus prezidenti Aleksandr Lukaşenko Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) iclasındakı çıxışı zamanı daha bir postsovet ölkəsi üçün də oxşar problemlərin olacağını proqnozlaşdırıb.

Lukaşenko bildirib ki, Qazaxıstanla sərhəddə çoxlu beynəlxalq terrorçular və postsovet respublikaları ətrafında vəziyyəti gərginləşdirməyə çalışan qüvvələr toplanıb. O, Qazaxıstan və Qırğızıstanı yığılıb qalan problemləri həll etməyə çağırıb.

“Dərslər çıxarılmalıdır. Buna görə məni bağışlayın, ilk növbədə Özbəkistan dərs almalıdır. Əks halda bizdə olan məlumata görə, Özbəkistanda problemlər yaranacaq, çünki onların fikirləri Özbəkistanla bağlıdır”- deyə Lukaşenko vurğulayıb.

Belarus prezidenti kimlərin fikirlərindən söhbət getdiyini açıqlamayıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi