Dünyanı gözləyən böyük təhlükə açıqlandı: 10 il ərzində hər şey dəyişəcək
İqlim böhranı dünyanı təhdid edən ən böyük təhlükələrdən biridir.
Azia.az xəbər verir ki, bu barədə Dünya İqtisadi Forumunun hazırladığı hesabatda deyilir. Bildirilir ki, sosial xərclərin artması, kiber hücumlar da təhdidlər arasında yer alır. Elm adamları hesab edir ki, 10 il ərzində ciddi tədbirlər görülməsə iqlim böhranı gələcək üçün daha da acı nəticələrə gətirib çıxaracaq. Həmçinin insanların təbiətə vurduğu zərər, borc böhranlarının yaşanması, təbii nemətlərin azalması 10 təhdid arasında qeyd edilib.