Türk professorlardan xəbərdarlıq: “Qiyamət qapıdadır”
BMT-nin Hökumətlərarası İqlim dəyişikliyi Panelinin (İPCC) açıqladığı hesabat bütün dünyada şok effekti yaradıb. İqlimşünas alimlərin hesabatda qeyd olunanlara riayət olunmayacağı təqdirdə həqiqətən də dünya fəlakətə sürüklənəcək.
Sənəddə 2050-ci ilədə Qrellandiyadakı buzlaqların tamamən əriməsi, istixana qazlarının artımından narahatlıq əks olunub və buna qarşı ciddi tədbirlər görülməsi vurğulanır.
Türk alimlərinin də fikrincə, qlobal iqlim dəyişikləri Türkiyədən yan keçməyəcək və öz mənfi təsirlərini göstərəcək. Ona görə də iqlimşünaslar Türkiyənin də iqlim dəyişikliyi nəticəsində risk altına düşən ölkələr sırasında daxil ediblər.
“Ölkə.Az” xəbər verir ki, bu barədə “milliyet”ə açıqlama verən iqlimşünas alimlərdən professor Ömər Lütfi Şenin sözlərinə görə, hesabatla qlobal temperatur artımının insanların səbəb olduğu bəlli olub:
“Bundan öncə bizim də apardığımız araşdırmalarda buna bənzər bir məsələ ortaya çıxıb. Yaxın gələcəkdə hesabatda əksini tapan problemlərə diqqət ayrılmazsa, bütün dünya ölkələri tədbirlər görməzsə, yaşadığımız fəlakətlər artmaqda davam edəcək”.
Professor Cemal Saydam isə hesab edir ki, ekoloji böhranların qapımızı döydüyünü zatən bilirik: “Hesbatda qeyd olunanlar hamıya bəllidir, amma təkliflərin və görülməsi nəzərdə tutulan məsələlərin həyata keçiriləcəyini düşünmürəm”.
Professor Doğanay Tolunay isə hesab edir ki, Türkiyə də iqlim dəyişikliyindən ən çox zərər çəkə biləcək bir coğrafiyada yerləşir. O baxımdan Türkiyə də riskli bölgələrdən birdir.
O deyib ki, istixana qazlarının azaldılmaması nəticəsində qarşıdakı illərdə meşə yanğınları ilə paralel olaraq güclü yağışların və leysanların yağmasının şahidi olacağıq:
“Ən dəhşətli fəlakətlər isə qarşıdakı illərdə buzların sürətlə əriməsi nəticəsində ortaya çıxacaq. Bu baş verərsə, o zaman qiyaməti yaşayacağıq.
Professor Nüzhet Dalfes bildirib ki, bu gündən etibarən atmosferə istixana qazı verilməsə belə, qarşıdakı 40 il, keçən 40 ildən fərqli olacaq.
“Ona görə də istixana qazının tamamən qarşısının alınacağı təqdirdə belə, istənilən nəticənin əldə ediləcəyini düşünmürəm. Hesab edirəm ki, qlobal istiləşmə davam edəcək. Qlobal istiləşmə Aralıq dənizini də əhatə etdiyindən, Türkiyəyə öz təsirlərini göstərmiş olacaq. Deyilənlər baş verəcəyi təqdirdə fərqli bir iqlim şəratində yaşamaq məcburiyyətində qalmağımızı indidən bilməliyik”.
İqlimşünas Barış Karapınar təəssüflə qeyd edir ki, yaşadığımız təbii fəlakətlər hələ başlanğıcdır: “Dünya sürətlə fəlakətə doğru gedir”.
İqlimşünas Mehmet Ilıcakın fikrincə, dünyanı gözləyən ən böyük təhlükələrdən biri də Rusiya, Alyaska və Kanada arasında dəniz buzlarının əriməsidir: “Torpaq buzlaqları da əriyərsə, yox olmaq zamanı başlayar ki, bu da dünya üçün tam bir fəlakət deməkdir”.
Mürtəza