İqlim dəyişikliyi səbəbilə Azərbaycanda qan, tənəffüs və sinir xəstələrinin sayı 20-34% artıb
İqlim dəyişikliyi Azərbaycanın əkin sahələrində torpaq eroziyası, şoranlaşma, bataqlıq və kimyəvi çirklənmə kimi problemləri artırır.![]()
Azia.az xəbər verir ki, bu barədə Dünya Bankı və Asiya İnkişaf Bankının birgə hazırladığı “İqlim Riski olan ölkələrin profili” hesabatında qeyd olunub.
Məlumata görə, əkin sahələrinin təxminən 7%-i şoranlaşmaya məruz qalır. Bu isə aşağı məhsuldarlığa səbəb olur. Bildirilib ki, ciddi tədbirlər görülməsə, ölkədə səhralaşma sürətlənə bilər. Azərbaycanın şəhərlərində isə temperatur getdikcə daha da artır. Araşdırmalara görə, 2003-2006-cı illərdə ölkədə qan, tənəffüs və sinir xəstəliklərindən əziyyət çəkənlərin sayı 20-34% artıb.